TİKİNTİ TƏHLÜKƏSİZLİYİ

19.04.2023

TİKİNTİ TƏHLÜKƏSİZLİYİ


İNŞAAT SEKTORU, İŞÇİLƏRİNİN MÜXTƏLİF RİSKLƏRƏ MƏRUZ QALA BİLƏCƏYİ VƏ ÇOX VAXT TƏHLÜKƏLİ XƏSARƏTLƏR ALA BİLİNƏCƏK FƏALİYYƏT SAHƏSİDİR.

İnşaat sahəsinin təhlükəsizliyi, inşaat sahəsindəki işçilərin və ətrafdakı insanların sağlamlığı ilə əlaqədar risklərdən qorunmasını əhatə edən və inşaat sahəsinin ən vacib və diqqətlə planlanmalı olan hissəsidir. İnşaat sektoru, işçilərinin müxtəlif risklərə məruz qala biləcəyi və çox vaxt təhlükəli xəsarətlər ala bilinəcək fəaliyyət sahəsidir. İnşaat sahəsində yüksəklikdə işləmək, hərəkət edən maşınların olması (nəqliyyat vasitələri, kranlar və s.), materialların daşınması, elektrik alətləri və avadanlıqları, təhlükəli maddələr və eləcə də  həddindən artıq səs - küy, tozlar təhlükəli ola bilərlər. Tikinti sahəsindəki ölümlərin əsas səbəbləri yıxılmalar, elektrik cərəyanları, əzilmə və yaralanmalardır.

Tikinti sahələrində çalışan işçilər təhlükələrdən xəbərdar olmalıdırlar.  İşçilərin qarşılaşa biləcəyi digər ümumi təhlükələr və ətraf mühitdə həddindən artıq isti və rütubətli olması mövcud gərginliklər səbəbindən təhlükələrin müəyyənləşməsi və planlanması olduqca vacibdir.

Sahənin hazırlanmasına tullantıların çıxarılmalı, iş zəminin hamarlanmalı, çuxurların doldurulmalı və qaz, su, elektrik kəmərlərinin işarələnməlidir. Tikinti sahəsindəki təhlükəsizliyi tam qarşılamaq üçün öz ağırlığını və daşınacaq məhsulun cəkisini apara biləcək kifayət qədər möhkəm  və  maksimum nəzərdə tutulan yükün bir neçə qatını apara biləcək avadanlıqlarla təchiz olunmalıdır.

Təhlükəsizliyin idarəedilməsi

- Təhlükəsizliyi işin bir hissəsi olaraq təyin etmək;
- Təhlükəsizlik idarəetmə sistemi hazırlamaq;
- Sahənin ümumi təhlükəsizliyinin tənzim edilməsi üçün təhlükəsizlik tələblərini təşkil etmək;
- Bütün bölmələrdə hesabatlaşma sistemini yaratmaq;
- Layihənin planlaşdırılması zamanı təhlükəsizliyi nəzərə alamaq;
- Sahə işçilərinin və digər şəxslərin təhlükəsizliyinin planlamaq;
- İşçilərin müvafiq sahələrdə düzgün təlim keçdiyinə əmin olmaq;
- Yüksəkdə işləyən işçilərin qorunma avadanlıqları ilə tam təchiz olduğunu əmin olmaq;
- Müntəzəm yoxlamalarla saəhənin təhlükəsizliyini nəzərdən keçirmək.