METAL KONSTRUKSİYA VƏ NÖVLƏRİ

15.04.2023

METAL KONSTRUKSİYA VƏ NÖVLƏRİ


METAL KONSTRUKSİYALARIN ƏSAS ÜSTÜNLÜKLƏRİ ONLARIN MÖHKƏMLİYİ, YÜNGÜLLÜYÜ, ƏTRAF MÜHİT ŞƏRAİTİNƏ DÖZÜMLÜ OLMASIDIR. 

XIX əsrdən başlayaraq karkas üçün mürəkkəb metal konstruksiyalardan istifadə olunur. Bu gün isə metal konstruksiyalar, demək olar ki, inşaat sektorunun bütün sahələrinə vardır. Metal konstruksiyaların əsas üstünlükləri onların möhkəmliyi, yüngüllüyü, ətraf mühit şəraitinə dözümlü olmasıdır.

Tikintidə metal konstruksiyalardan istifadə edilən hallar aşağıdakılardır:

- Bina və tikililərin karkasları

- Dəmir yollar və körpülərin istehsalı

- Kommunikasiya sistemləri

- Qüllə və rabitə antenalarının quraşdırılması

Təyinatına görə metal konstruksiyalar aşağıdakı əsas növlərə bölünür:

– Metal karkaslar: İnşaatda istifadə olunur.

– Kirişlər: inşaatda əvəzolunmaz sadə konstruksiyalardır. Karkas kimi, kirişlər də, insan fəaliyyətinin, demək olar ki, bütün sahələrində istifadə olunur.

–  Blok konteynerlər: Təhlükəsizlik və dözümlülük baxımından uyğundur. Yol infrastrukturu və anbarlarda əsas istifadə olunur

- Arakəsmə və çəpərlər

- Xidmətçi konstruksiyalar metal stullar və pilləkənlər

Metal konstruksiyalar, tədbiq edilən sahənin möhkəmliyini, yüngüllüyü və onun istifadəsini asanlaşdırır, montaj və demontajın sadəliyi isə iri obyektlərin böyük məsafələrə hərəkətini rahat və tez həyata keçirir.